backend

Ağsuda karantini pozan 140 nəfər cərimələndi

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

KONKRET.az-ın məlumatına görə, polis əməkdaşları sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələbləri izah edilib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırılıb.

Bununla yanaşı, xəbərdarlıqlara riayət etməyən və karantin rejiminin tələblərini pozmaqda davam edən 140 vətəndaş barəsində qanunamüvafiq tədbirlər görülüb və hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələniblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*