Avropa İttifaqı Rusiya ilə taxıl müqaviləsinin bərpası ilə bağlı danışıqlara getməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Bildirilir ki, Avropa İttifaqı Türkiyə və BMT-nin səylərinə arxalanır.
“Rusiya ilə danışıqlar bizim vəzifəmiz deyil, biz Rusiyanı razı salmayacağıq. Biz BMT və Türkiyənin bu mövzuda göstərdiyi səylərə güvənirik”, – deyə Avropa İttifaqıdakı mənbələr bildirib.
Qeyd edək ki, Taxıl sövdələşməsi ilə bağlı razılaşmalara iyulun 17-də xitam verilib.
Burhan,
KONKRET.az
