Aİ rusiyalı oliqarxların aktivlərini DONDURDUbackend

Aİ rusiyalı oliqarxların aktivlərini DONDURDU

Avropa İttifaqı sanksiyalar çərçivəsində Rusiyanın 17 milyard avro dəyərində aktivlərini dondurub.

KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin ədliyyə məsələləri üzrə komissarı Didye Reynders “Funke” media qrupuna müsahibəsində bildirib. 

Onun sözlərinə görə, Avropa İttifaqının 7 ölkəsində 90 nəfərin aktivləri dondurulub.

O, həmçinin hesab edir ki, bloklanmış 300 milyard avroluq ehtiyat Rusiya Ukraynanın bərpasına kömək etməyə başlayana qədər zəmanət olaraq qalmalıdır:

“Düşünürəm ki, Rusiya Ukraynanın bərpasına könüllü kömək edənə qədər 300 milyard avronu təminat kimi saxlamaq mümkündür”

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*