Çox təəssüflər olsun ki, bu gün cəmiyyətdə qadınların xəyanətləri ilə bağlı bu və ya digər məlumatlar eşidir, müxtəlif hadisələrin şahidinə çevrilirik. Artıq iş o yerə çatıb ki, bütün məsuliyyətimizlə cütlüklər arasında xəyanət hallarının artdığını deyə bilərik. Təxmini hesablamalara görə, kişilərin dörddə biri və qadınların təxminən 15 faizi xəyanətə meylli olur. Boşananlar arasında bu nisbət daha yüksəkdir – kişilərin təxminən 40 faizi, qadınların isə təxminən yarısı atəşli sevgi axtarışındadır. Yeri gəlmişkən, ABŞ-da aparılan araşdırmalara görə, son 40 ildə qadınların xəyanətə meyli 40 faiz artıb. KONKRET.AZ psixoloq Mark Fernandesin araşdırma yazısını təqdim edir.
İntim münasibətlərdə hədəflərinizi müəyyən edin
Seksoloqlar deyirlər ki, yataqdakı problemlər xəyanətin əsas səbəblərindən biridir. Münasibətlərin “konfet-buket dövrü” ilə müqayisədə ər öz xanımına xüsusi diqqət ayırmır, ortağını xoşbəxt etməyi unudur.
.
Amerika alimlər hesab edir ki, cinsiyyət, şəxsiyyət fərqləri, seksual baxışlar və tələb motivləri ilə yanaşı xəyanətin əsas komponentlərindən biri də maliyyədir. Ər xanımının ortabab şəkildə istəklərini qarşılaya bilmədikdə, maddi cəhətdən ən kritik dövrü yaşayırsa, bu, bəzi qadınların gerçəkliyə uyğun xəyallarında başqa rəngləri formalaşdırır.
Qadınlarınızı çox incitməyin
Qadının qisası ağır olur. Buna səbəb onlara etdiyiniz təhqirlər səbə ola bilər. “Səninlə özümü pis hiss edirəm”,” Səndən razı deyiləm”, “Sən mənim üçün heç kimsən”, kimi ifadələr də onlar üçün ağır təhqir sayılır.
Bu baxımdan bəzi psixoloqlar məhz belə düşünürlər: “Xəyanət – cütlükdən birinin dözülməz dərəcədə çətin olduğunu göstərən və bundan qurtulmaq üçün bir fəryaddır.
