Akar: “Türkiyə Silahlı Qüvvələrinin inventarında kimyəvi silah yoxdur”backend

Akar: "Türkiyə Silahlı Qüvvələrinin inventarında kimyəvi silah yoxdur"

“İraq və Suriya başda olmaqla bütün qonşularımızın sərhədlərinə, suverenlik hüquqlarına hörmətlə yanaşırıq. Yeganə məqsədimiz ölkəmizin, millətimizin müdafiəsi və təhlükəsizliyidir”.

KONKRET.az Anadoluya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O, Türk Silahlı Qüvvələrinin (TSQ) terrorla mübarizə əməliyyatlarında kimyəvi silahdan istifadə etməsi iddiasını əsassız və böhtan adlandırıb:

“Türkiyə Silahlı Qüvvələrinin inventarında kimyəvi silah yoxdur. Beynəlxalq hüquqa hörmətimiz var. İnancımızda, mədəniyyətimizdə işgəncə və təqib yoxdur”.

Onun sözlərinə görə, bu iddialarla bağlı cinayət işi qaldırılıb:

“Bunu edənlər məhkəmə qarşısında cavab verəcək”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*