AKARDAN sərt mesaj: Türkiyədən üzr istəməlidir…backend

AKARDAN sərt mesaj: Türkiyədən üzr istəməlidir...

Fransa iddialarının təsdiqi üçün heç bir sübut təqdim edə bilmədi.

 KONKRET.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Fransa Türkiyədən üzr istəməyə məcburdur:

“NATO dünyanın hələ də ən etibarlı ittifaqı olduğunu göstərdi. İttifaq öz işini düzgün aparır. “Beyin ölümü” hələ də gerçəkləşməyib. Fransa da daxil olmaqla, 30 NATO ölkəsi həm dünyada, həm də bölgədə sülh və sabitlik üçün mübarizə apararkən “NATO-nun beyin ölümü gerçəkləşib” kimi sözləri düzgün deyil”.

Qeyd edək ki, Şərqi Aralıq dənizində Fransa ilə Türkiyə gəmiləri arasında baş verən gərginlik haqqında NATO hesabatında Fransanın iddiaları dəstəklənməyib.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*