Akılbek Japarov: “Hətta Leninin abidələrini nə sökmüşük, nə də yığışdırmışıq”backend

Akılbek Japarov: "Hətta Leninin abidələrini nə sökmüşük, nə də yığışdırmışıq"

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Ölkə baş nazirinin müavini Qırğızıstanda rus dilinin rolundan danışıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Akılbek Japarov Qırğızıstan-Rusiya biznes forumundakı çıxışının bir hissəsini bu mövzuya həsr edib:

“Rus dili Qırğızıstanın rəsmi dilidir. Onun statusu Konstitusiyada təsbit edilib. Demək olar ki, hər bir Qırğızıstan vətəndaşı bu dildə danışa bilir.

Ölkə rus yaşayış məntəqələrinin adlarını da qoruyub-saxladı. Qırğızıstanda rus şairlərinin, ictimai xadimlərin, Böyük Vətən Müharibəsi əsgərlərinin abidələri var. Hətta Leninin abidələrini nə sökmüşük, nə də yığışdırmışıq. Ölkəmizdə sovetdən qalma 23 fevral, 8 mart, 1 May, 9 May və hətta 7 noyabrı əlamətdar tarix kimi qeyd edirik.

Qeyd edək ki, Qırğızıstanda rus dilinin statusu mövzusu Bişkekdəki ticarət mərkəzlərindən birində baş verən hadisədən sonra ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Həmin hadisə zamanı müştəri ticarət mərkəzinin rusdilli işçisinə hücum etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*