Akopyan: “Azərbaycan qoşunları geri çəkilməyib, qışa hazırlaşırlar”backend

Akopyan: “Azərbaycan qoşunları geri çəkilməyib, qışa hazırlaşırlar”

Azərbaycan hərbçiləri Qaragöl ətrafından çəkilməyiblər, istehkamlar qurur, qışa hazırlaşırlar.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentindəki “Hayastan” blokunun deputatı Vahe Akopyan deyib.

Onun sözlərinə görə, Azərbaycan qoşunları mayın 12-dən Qaragöldədir və orada mövqelərini möhkəmləndirib.

Deputat oxşar vəziyyətin Basarkeçər rayonun Zərkənd və Şorca kəndləri istiqamətində də yarandığını diqqətə çatdırıb.

Akopyan Azərbaycan polisinin Ermənistana daxil olan İran yük maşınlarını yoxlamağa başladığını da deyib.

“Sputnik Ermənistan”ın məlumatına görə, Azərbaycan qoşunlarının möhkəmləndikləri mövqedən geri çəkilməsi yönündə Rusiya tərəfinin vasitəçiliyi də işə yaramayıb.

“Azərbaycanlılar geri çəkilmək fikrində deyillər”, – mənbə qeyd edib.

Qeyd edək ki, 30 illik işğaldan sonra öz ərazilərini azad edən Azərbaycan Ermənistanla sərhədlərini müəyyənləşdirməyə başlayıb. Sözügedən ərazilər də beynəlxalq təşkilatlar tərəfindən tanınmış Azərbaycan sərhədləri daxilindədir./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*