Moskvada falçılar və cadugərlərə qarşı əməliyyat keçirildibackend

Moskvada falçılar və cadugərlərə qarşı əməliyyat keçirildi

Moskvada falabaxana və cadigərlərə qarşı əməliyyat keçirilib.

KONKRET.az xəbər verir ki, onlardan biri şeytani simvolları və qadağan olunmuş əşyaları nümayiş etdirdiyinə görə cəzalandırılıb.

Hüquq-mühafizə orqanlarının diqqətini fərdi sahibkar Maya Çumak — magiya əşyaları mağazasının sahibi cəlb edib. Daha dəqiq desək, onun sosial şəbəkələrdə və mağazanın saytında yerləşdirdiyi fotolar diqqəti çəkib. Onlarda buynuzlu heyvan və Rusiyada qadağan olunmuş əşyalar təsvir olunub. Polis bu təsvirləri şeytani simvolika kimi qiymətləndirib və tədbir görüb.

Məhkəmə onu inzibati maddə üzrə cəzalandırıb və xəbərdarlıq edib ki, bundan sonra o, öz magiya işlərini Rusiya Federasiyasının qanunlarına ciddi şəkildə uyğun şəkildə aparmalıdır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*