backend

AKP-çi başqandan Azərbaycanla bağlı möhtəşəm addım

AKP-nin Şanlıurfa üzrə rəhbəri Bahəddin Yıldız şəhərin Əmniyyət küçəsində dükan sahiblərinə və digər vətəndaşlara Azərbaycan və Türkiyə bayrağı hədiyyə edib.

KONKRET.az xəbər verir ki, vətəndaşlarla görüşündə B.Yıldız Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda başladılan proseslərdə Azərbaycanın yanında olduqlarını bildirib.

“İki dövlət, bir millət olaraq Dağlıq Qarabağ düşmən tapdağından azad edilənə qədər Azərbaycana dəstəyimiz davam edəcək. Bu xüsusda tək ürək olub, zülmə qarşı birlikdə “dayan” deyəcəyik. Azərbaycan xalqına maddi və mənəvi dəstəyimizi davam etdirəcəyik. Allahın izni ilə Qarabağ ən qısa müddətdə işğaldan azad ediləcək”, – B.Yıldız qeyd edib.axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*