Albanlardan Trampın kürəkəninə zərbə: Sazan adası gərginliyibackend

Albanlardan Trampın kürəkəninə zərbə: Sazan adası gərginliyi

Albaniyada ABŞ prezidenti Donald Trampın kürəkəni Jared Kuşnerin rəhbərlik etdiyi “Affinity Partners” şirkətinin dəbdəbəli kurort layihəsi ilə bağlı araşdırmalara başlanılıb.

KONKRET.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Albaniyanın Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğu məlumat yayıb.

Layihə Adriatik dənizində tənha Sazan adasını və Albaniya sahillərində flaminqolar, suitilər və dəniz tısbağaları üçün yuva yeri kimi xidmət edən qorunan ərazini əhatə edir.

“Affinity Partners”in kurortla bağlı planlarını 2024-cü ilin avqustunda açıqlayan Kuşner bu ilin əvvəlində həyat yoldaşı İvanka Trampla birlikdə əraziyə səfər edib.

Albaniyanın Baş naziri Edi Rama hökumətlə Kuşner arasında müzakirələrin davam etdiyini və layihəyə 10 min otel otağının daxil olacağını bildirib. Rama layihənin qorunan təbii ərazilərə ziyan vuracağı ilə bağlı iddiaları rədd edib.

Hazırda isə ətraf mühiti mühafizə təşkilatlarının başçılığı ilə vətəndaşlar etiraz aksiyaları təşkil etməyə başlayıblar.
İyunun 6-da yeni uzunmüddətli etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.\\Bakupost.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*