İtaliyadan olan tədqiqatçılar qrupu Afrika pinqvinlərinin insanlar kimi eyni danışıq metodlarından istifadə etdiyinə dair sübutlar tapıblar.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı CNN televiziyası yayıb.
Mütəxəssislər nikah dövründə Afrika pinqvinlərini çıxartdıqları səslərə bənzər 600 mahnı yazıblar. Göründüyü kimi, bu səslər qısa və uzun “sözlər” meydana gətirən üç fərqli hecadan ibarət olub.
Elm adamlarının düşündüyü kimi, pinqvin insan danışığının iki xüsusiyyətinə malikdir: qısa sözləri daha tez-tez istifadə edirlər, daha uzun cümlənin içərisində isə daha qısa səslərə üstünlük verirlər.
Qeyd edək ki, bu, pinqvinlərin insanlarla müqayisə edildiyi ilk dəfə deyil. Onların da eyni cinsdən tərəfdaşlarının ola biləcəyi üzə çıxıb.
Babək Göyüş
KONKRET.az
