Alla Puqaçova Ostankino qülləsindən açıq şəkildə təhqir ediblər. Primadonna onu təhqir edənlərə cavab verib.
KONKRET.az xəbər verir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra İsrailə gedən müğənni Alla Puqaçova qalmaqalın mərkəzində olub.
Onu Ostankino qülləsindən təhqir ediblər, qüllənin fasadında proyektorun köməyi ilə belə bir ifadə yayılıb: “Alla, nə yaxşı ki, qaçdın. Alla, sən çoxdan hamını bezdirmisən, ….”.
İfadələr olduqca vulqar olduğuna görə, tam verə bilməsək də, dünya şöhrətli sənətçi özü buna səssiz qalmayıb. Alla Puqaçova təhqirlərə cavab verib və rusların intellektinin aşağı olmasından şikayətlənib.
Maksim Qalkinin həyat yoldaşı ağ kostyumda gül bağçasında əyləşdiyi qısa videonu İnstaqram səhifəsində yerləşdirib.
O, qısa və aydın şəkildə fikrini ifadə edib.
“İntellekt nə qədər aşağı olarsa, təhqirlər də bir o qədər yüksəkdir. Sakit yaşa, ölkə!” , – Primadonna yazıb.
Qeyd edək ki, Puqaçovanın əri Maksim Qalkin Ukraynaya açıq dəstək verib. Ruslar Pasxa bayramında Odessanı atəşə tutandan sonra o, qəzəblə Rusiya hakimiyyət orqanlarına üz tutub və öz tamaşaçılarına rus raketlərinin dinc evləri dağıtdığını çatdırmağa çalışıb. Buna görə vətənində təqiblərə tab gətirsə də, bəzi məlumatlara görə, barəsində cinayət işi hazırlanır.
Xatırladaq ki, Puqaçova Ukraynadakı müharibəyə görə Qalkini müdafiə etmək niyyətindədir.
Xuraman Etibarlı,
KONKRET.az
