“Allah gözü elə yaradıb ki, ona soyuq olmur, əgər olsaydı, Sibirdə insanların gözü donardı”backend

"Allah gözü elə yaradıb ki, ona soyuq olmur, əgər olsaydı, Sibirdə insanların gözü donardı"

“Baxmayaraq ki, göz göz qapaqları və göz yaşlarıyla qorunur, amma biz də qoruma vasitələrindən istifadə etməliyik”

Konkret.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış oftalmoloq Paşa Qəlbinur fəsil dəyişməsiylə bağlı gözdə yaranan xəstəliklər haqda danışarkən deyib:

“Bütün fəsil dəyişmələrinin mütləq insan səhhətinə, bilavasitə gözə mənfi təsiri olur. Ay, günəş tutulmaları, zəlzələ olanda, yağış yağanda gözə təsir edir. Baxmayaraq ki, göz göz qapaqları və göz yaşlarıyla qorunur, amma biz də qoruma vasitələrindən istifadə etməliyik.

Bura gün eynəkləri, monitorlara qoyulan şüa əleyhinə filtirlər, müxtəlif peşə sahiblərinin taxdığı eynəklər aiddir. Bu peşələrin sahibi olmayanlar isə adi gün eynəklərindən istifadə edə bilərlər. Bununla yanaşı, həkimlə məsləhətləşib göz damcılarından istifadə etmək olar”.

Oftalmoloq deyib ki, insanlar gözlərini soyuqdan deyil, çirkli havalardan qorusunlar:

“Bəzən görürsən ki, gözü əməliyyat olunan adam əliylə gözünü qapayır ki, soyuq olmasın. İnsanlarımız bunu bilsin ki, Azərbaycanda olan soyuqların gözə təsiri yoxdur. Allah gözü elə yaradıb ki, gözə soyuq olmur. Əgər belə olsaydı, Sibirdə insanların gözü donardı. Buna görə də insanların gözləriylə işləri olmasın. Onlar gözlərini çirkli havalardan, ultrabənövşəyi şüarlardan qorusunlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*