Alman analitik Ermənistan MN-in yalanını belə ifşa etdi – FOTObackend

Alman analitik Ermənistan MN-in yalanını belə ifşa etdi - FOTO

Almaniyanın “Bild” nəşrinin hərbi analitiki Julian Repke Ermənistan Müdafiə Nazirliyinin guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının vurulması görüntülərinin əks olunduğu videosunun etibarsız olduğunu göstərib.

Bu barədə Julian Repke “Twitter” hesabında paylaşım edib.

Analitik videoda, əslində, mülki təyyarənin əks olunduğunu üzə çıxarıb.

“İpucu: Əgər pilotsuz uçuş aparatını vurduğunuzu iddia edirsinizsə, hava hücumundan müdafiə sisteminizin yönəldiyi ikimühərrikli, dar gövdəli sərnişin təyyarəsini göstərməyin”, – deyə jurnalist yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*