Alman kəşfiyyatı Lukaşenko ilə Priqojin arasında danışıqları dinləyibbackend

Alman kəşfiyyatı Lukaşenko ilə Priqojin arasında danışıqları dinləyib

Almaniya Federal Kəşfiyyat Xidməti Belarus prezidenti Aleksandr Lukaşenko ilə Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojin arasında son qiyam zamanı danışıqları gizli şəkildə dinləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın Norddeutscher Rundfunk (NDR) yayım şirkəti məlumat yayıb.

NDR tərəfindən aparılan jurnalist araşdırmasna görə, Almaniya Federal Kəşfiyyat Xidməti Rusiyadakı çevriliş cəhdi barədə əvvəllər məlum olduğundan daha yaxşı məlumatlandırılmalı idi.

Qeyd olunur ki, Almaniya xarici kəşfiyyatı Priqojin və Lukaşenko arasında aparılan danışıqları izləyib və Belarus liderinin danışıqlarda vasitəçilik rolu barədə birbaşa məlumat alıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*