Alman müxalifəti: “Şolts Aİ-ni parçalayır”backend

Alman müxalifəti: "Şolts Aİ-ni parçalayır"

Bundestaqdakı Xristian Demokrat və Xristian Sosial İttifaqlarının insan hüquqları məsələləri üzrə eksperti Maykl Brand Almaniya kansleri Olaf Şoltsu Çinə qarşı həddən artıq yumşaq davranmaqda və Avropa İttifaqını parçalamaqda ittiham edib. 

KONKRET.az xəbər verir ki, o, bu barədə “Der Spiegel” jurnalına müsahibəsində deyib:

“Olaf Şolts Çindəki kommunistlərə rəğbət bəsləməklə Aİ-ni parçalayır. Biz bunu birbaşa Tayvanda aparılan danışıqlarda yaşadıq”.

Eyni zamanda o, Şoltsun Putinlə etdiyi səhvləri indi Çində Si Cinpinlə təkrarladığını iddia edib:

“Kanslerin Çinə qarşı az qala itaətkar münasibəti bizi ABŞ və Qərbdəki digər tərəfdaşlarla ziddiyyətə salır. Almaniyanın demokratlar arasında sıx əməkdaşlığı yox, yalnız öz mənfəətini güdməsi ideyasını gücləndirir”.

Ekspertin fikrincə, Almaniya təkcə strateji tərəfdaşlarını deyil, həm də bazarları və iş yerlərini itirir.

Daha əvvəl Almaniya hökumətinin sözçüsü Şteffen Hebeştreit bildirib ki, Şolts noyabrın 4-də Çinə səfər edəcək və orada Çin Sədri Si Cinpin və Baş nazir Li Keçyanla görüşəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*