Almaniya ilə ABŞ arasında CİDDİ FİKİR AYRILIĞI – Nəticə necə olacaq?backend

Almaniya ilə ABŞ arasında CİDDİ FİKİR AYRILIĞI - Nəticə necə olacaq?

Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Donald Trampla “körpüləri yandırmaq” həddinə gəliblər.

KONKRET.az “Politico” nəşrinə istinadən xəbər verir ki, bunun bir səbəbi “Şimal axını-2”-yə ABŞ-ın sanksiyalar tətbiq etməsidirsə, digər səbəbi Çin və NATO-ya münasibətdə olan fikir ayrılıqlarıdır.  

Məqalədə qeyd olunur ki, iki ölkə lideri arasında bu günlərdə aparılan telefon danışıqlarında mübahisə yaranıb. Görünən odur ki, dünya düzənində Amerikanın “tək hakimiyyətliliyi” Avropada da artıq həzm olunmur. Ona görə də Almaniya susqunluğa son qoyub. Yaranan soyuqluğun daha bir göstəricisi Angela Merkelin iyunun sonlarında Kemp-Devitdə planlaşdırılan G7 sammitində iştirakdan imtina etməsidir. Almaniya kansleri mayın 27-də keçirdiyi birifinqdə açıq şəkildə dedi ki, “Almaniya və ABŞ münasibələri yaxşı istiqamətdə inkişaf etmir və iki ölkə arasında fikir ayrılıqları var”.

SURXAY

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*