Almaniya ordusu 2027-ci ilə qədər 65 min hərbçi İTİRƏCƏKbackend

Almaniya ordusu 2027-ci ilə qədər 65 min hərbçi İTİRƏCƏK

2027-ci ilə qədər təxminən 65 min insan hərbi xidmət üçün maksimum yaş həddinə çatması ilə əlaqədar Almaniya ordusunu tərk edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Funke” nəşri Almaniya Müdafiə Nazirliyinin proqnozuna istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda Bundesverdə 183 min hərbçi var. Almaniya hökuməti 2031-ci ilə qədər ordunun sayını 203 min nəfərə çatdırmağı planlaşdırır.

“Almaniyada demoqrafik dinamika nəzərə alınmaqla bu məqsədə nail olmağın mümkün olub-olmayacağı sual altındadır”, – deyə Xristian Demokrat və Xristian Sosial Birliklərinin Federal Məclisdəki fraksiyasının nümayəndəsi Florian Han bildirib.

Bundan əvvəl Britaniyanın “The Times” qəzeti yazıb ki, maliyyə çatışmazlığı ilə bağlı problemlər Almaniyada Bundesverin döyüş hazırlığını pozur.

Bundesverin silahlı qüvvələrin vəziyyəti ilə bağlı illik hesabatında deyilir ki, Almaniya silahlı qüvvələrinin modernləşdirilməsi üçün 50 ilə qədər vaxt lazım ola bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*