Almaniya Xarici İşlər Nazirliyi Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bəyanatda deyilir: “Bu gün Cəmşid Şarməhdin İran rejimi tərəfindən öldürülməsindən sonra İranın müvəqqəti işlər vəkili dərhal Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Almaniya Xarici İşlər Nazirliyi İran hakimiyyətinin hərəkətlərinə kəskin etirazını bildirib. Almaniya tərəfi sonrakı tədbirlər görmək hüququnu özündə saxlayır”.
Vəli Həsənoğlu,
KONKRET.az