Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.
KONKRET.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 130-cu kilometrliyində qeydə alınıb.
Manaf Yaqub oğlu Qurbanovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Aqşin Vilayət oğlu Abdullayevin idarə etdiyi “Mersedes E Klass” markalı avtomobil toqquşub.
Nəticədə M.Qurbanov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
