Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdıbackend

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə RBK rusiyalı “Hiperqlobus” MMC-nin nümayəndəsinə istinadən məlumat verib. Onun sözlərinə görə, şirkətin ümumi yığıncağı Şröderi müşahidə şurasının üzvü təyin edib. O, şəbəkənin Rusiyada “strateji inkişafına dəstək verəcək”, ümumi rəhbərlikdə iştirak edəcək və şirkətin Rusiya bazarında “uzunmüddətli planlaşdırmasına kömək edəcək”.

Alman Globus Holding GmbH & Co-nun əsas səhmdarı Tomas Bruh RBK-ya mətbuat xidməti vasitəsilə bildirib ki, təyinat “ekspert dəstəyinin gücləndirilməsi zərurətindən” irəli gəlir. Onun fikrincə, keçmiş kanslerin təcrübəsi “dialoqa yönəlmiş yanaşmanı” qorumağa və “konstruktiv həllər tapmağa” imkan verəcək.

Globusun mətbuat xidməti Şröderin öz sözlərini də çatdırıb. O, Almaniya ilə Rusiya arasında iqtisadi əlaqələrin saxlanmasının vacibliyini vurğulayıb və ərzaq sektorunu bunun təməl sahəsi adlandırıb. Şröder deyib: “Məhz böhran dövründə bu əlaqələr xüsusilə vacibdir: onlar bir-birimizi dinləməyə və gələcəyə gedən yolları tapmağa imkan verir.”

Alman şirkətinin DW-yə əvvəllər izah etdiyinə görə, “Hiperqlobus” 2025-ci ilin əvvəlində Globus Holding-dən rəsmi olaraq ayrılıb, lakin hər iki şirkətin səhmdarları eynidir. Bruh 2026-cı ilin iyununda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib. İş adamı forumda yalnız “Hiperqlobus”u təmsil edib və məqsədlərindən biri dövlət qurumlarının nümayəndələri ilə “fikir mübadiləsi” olub.

Şröder əvvəllər “Rosneft”in və “Nord Stream” operator şirkətinin rəhbərliyində çalışıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*