Rusiya Ukrayna ilə bağlı tələb etdi – Qazaxıstan məcbur oldubackend

Rusiya Ukrayna ilə bağlı tələb etdi - Qazaxıstan məcbur oldu

Qazaxıstanda Ukrayna vətəndaşı Rusiyanın sorğusu ilə saxlanılıb. Bunu DW öz araşdırması nəticəsində müəyyən edib. Lyubov Rojanskaya İstanbuldan Astanaya uçuşdan sonra hava limanında saxlanılıb. O, hazırda Qazaxıstan paytaxtının istintaq təcridxanasındadır, məhkəmənin üç gün ərzində keçirilməsi gözlənilir. Rojanskayanın Rusiyaya deportasiya olunma ehtimalı var: orada onun barəsində uşağın oğurlanması ilə bağlı cinayət işi açılıb. DW-yə vəkilləri Aleksey Pryanişnikov və Riza Nurbayeva bildiriblər ki, qadının həbsi barədə sorğu KTMT xətti ilə verilib.

Pryanişnikovun sözlərinə görə, Rojanskaya Rusiyadan Astanaya gətirilməli olan nəvəsini oradan götürmək istəyirdi. Söhbət Odessada yaşayan qızı Alla Andreyevanın (Sonçik) 2018-ci ildə ilk nikahından dünyaya gələn oğlundan gedir. 2021-ci ildə Rojanskayanın qızı övladı ilə birlikdə ikinci həyat yoldaşının, rusiyalı kişinin yanına Kalininqrad vilayətinə köçüb və orada qalıb. Müharibənin başlamasından az sonra, 2022-ci ilin martında Andreyeva Rusiya DİN-ə özü və uşağı üçün Ukrayna vətəndaşlığından imtina barədə ərizə yazıb. Həmin il Alla Andreyeva özü və oğlu üçün Rusiya vətəndaşlığı alıb.

2025-ci ildə Ukrayna Ali Məhkəməsi uşağın atasının iddiası əsasında oğlanın yaşayış yerini Odessa kimi müəyyən edib. 2026-cı ilin yayında uşağın anasının yeni həyat yoldaşının ailəsi Rojanskaya ilə əlaqə saxlayıb və oğlanı onun ukraynalı atasına və nənəsinə təhvil verməyi təklif edib. Məlum olub ki, həmin vaxt Rusiyada Rojanskayanın həbs edilməsi barədə məhkəmə qərarı artıq verilmişdi, onun ekstradisiyası üçün sənədlər hazırlanırdı. Lakin vəkil Pryanişnikovun sözlərinə görə, Rojanskaya xəbərdarlıqlara baxmayaraq Astanaya yola düşüb.

O, Rojanskayanın Astanada saxlanılmasını “kifayət qədər dəqiq planlaşdırılmış əməliyyat” və FTX-nin təxribatı adlandırıb, işdə müharibə ilə bağlı “siyasi alt mətn” gördüyünü bildirib. Nurbayeva əlavə edib ki, müdafiə etdiyi şəxs Rusiyada onun barəsində cinayət işinin açıldığından xəbərsiz idi.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*