Ucar Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Alim Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Hilal Xəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbs olunub.
İttihama görə, ilk hadisə bu il saat 13 radələrində Ucar şəhəri, Vaqif küçəsində yerləşən zərərçəkmiş Zəki Bayramova (adı, soyadı şərtidir) məxsus kafedə baş verib. Həmin vaxt Alim Yusifov tanışı, zərərçəkmiş Nahid İsrafilovla (adı, soyadı şərtidir) mübahisə edib. Mübahisənin zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi satqınlıq etməkdə günahlandırması ilə bağlı olduğu bildirilir.
Alim yaranmış mübahisəni ictimai qaydalara zidd şəkildə, zor tətbiq etməklə həll etmək iqtidarında olduğunu nümayiş etdirərək yüksək səslə söyüşlər söyüb.
Daha sonra təqsirləndirilən şəxs kafedəki masanın üzərindən Zəkiyə məxsus, dəyəri 50 qəpik olan armudu stəkanı götürüb və onu silah qismində istifadə edib. O, həmin stəkanla Nahidin alın nahiyəsinə zərbə vurulub. Zərbə nəticəsində stəkan sınıb və məhv olub. Hadisə zamanı Nahidin sol alın nahiyəsində şişkinlik və əzilmiş yara yaranıb.
Bundan başqa, Alim Yusifov Nahid İsrafilov arasında yenidən mübahisə yaranıb. Bu dəfə hadisə Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən orta məktəbin yaxınlığındakı ağaclıq sahədə baş verib. Mübahisənin səbəbi bir neçə gün əvvəl Vaqif küçəsindəki kafedə baş vermiş hadisə olub.
Həmin hadisədən sonra Nahid də təqsirləndirilən şəxsin sifət nahiyəsinə yumruqla zərbə vurub. Bir neçə gün sonra tərəflər arasında məhz bu hadisə ilə bağlı şəxsi münasibətlər zəminində yenidən mübahisə yaranıb.
Nahid İsrafilov istintaqla müəyyən edilməyən deşici-kəsici alətlə zərərçəkmiş şəxsin sol kürək nahiyəsinə qəsdən zərbə vurub. Nəticədə Nahidin sol kürəkaltı nahiyəsində deşilmiş-kəsilmiş yara yaranıb.
Beləliklə, təqsirləndirilən şəxsə iki ayrı epizod üzrə ittiham irəli sürülüb.
