Almaniya Türkiyənin ekstradisiya tələbini niyə qulaqardına vurur?backend

Almaniya Türkiyənin ekstradisiya tələbini niyə qulaqardına vurur?

Almaniyada Sol Partiya Federal Məclisə Türkiyənin tələbi ilə bağlı sorğu göndərib. Həmin sorğuya görə, Türkiyə bu il içində 67 şəxsin geri qaytarılmasını tələb edir. Federal Hökumət sorğunu ətraflı cavablandırıb.

Federal hökumətin verdiyi məlumata görə, Türkiyənin geri qaytarmaq istədiyi dosyelər arasında araşdırılması tamamlananlardan yalnız biri Almaniya tərəfindən qəbul edilib və həmin şəxsin bu ölkəyə təhvil verilməsi qərara alınıb. Hökumət 17 tələbin rədd edildiyini açıqlayıb.

Qeyd edək ki, Türkiyə təkcə 2018-ci ildə isə Almaniyaya 64 ekstradisiya dosyesi təqdim etmişdi.

Federal hökumətin verdiyi cavabda bildirilir ki, Türkiyədə həbs olunan 58 nəfər Almaniya vətəndaşından 13-ü terror təşkilatının üzvü ittihamı ilə həbsxanada yatır. Federal hökumətin rəqəmlərinə görə, Türkiyədə saxlanılan və terrorçu kimi şübhəli bilinənlər arasında 4 nəfərinin ikili vətəndaşlığı var.

Hökumət, həmçinin terror təşkilatı ittihamları ilə həbsxanada saxlanılan 10 şübhəlinin 15 iyul 2016-cı il çevriliş cəhdi ilə əlaqəli ittiham olunduğunu da bildirib. Alman hökumətinə görə Türkiyədən çıxışına icazə verilməyən Alman vətəndaşlarının sayı isə 71 nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*