Almaniya vətəndaşlarını İrana səfər etməməyə ÇAĞIRDIbackend

Almaniya vətəndaşlarını İrana səfər etməməyə ÇAĞIRDI

Almaniya Xarici İşlər Nazirliyi İrana səfər edən vətəndaşlara təhlükəsizliklə bağlı xəbərdarlıq edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ikili vətəndaşlığı olanlar İranda xüsusi risk altındadır.

“Almaniya vətəndaşları səbəbsiz həbs olunmaq, dindirilmək və uzun müddətə azadlıqdan məhrum edilmək təhlükəsi ilə üzləşirlər”, – Almaniya XİN-in bəyanatında deyilir.

Qeyd olunub ki, İranda xarici ölkə vətəndaşlarının özbaşına həbs edilməsi halları artıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*