Axtarışda olan narkokuryer saxlanıldıbackend

Axtarışda olan narkokuryer saxlanıldı

Axtarışda olan narkokuryer saxlanılıb.

KONKRET.az xəbər verir ki, Şirvan şəhərində polisin keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan İ.Rüstəmov saxlanılıb.

Adıçəkilən şəxs bir müddət əvvəl tanışı A.Şərifovla birlikdə iranlı narkotacirlə cinayət əlaqəsinə girərək satış məqsədi ilə ondan 4 kiloqramdan artıq narkotik vasitə və narkotik tərkibli metadon həbləri əldə edib. Narkotacirin Şirvan şəhəri ərazisində qabaqcadan gizlətdiyi narkotik vasitələri götürən zaman isə A.Şərifov polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə 9 il müddətə azadlıqdan məhrum edilib. Qrupun digər üzvü İ.Rüstəmov isə hadisə vaxtı ərazidən qaçıb və barəsində axtarış elan olunub.

Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam edir, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*