Almaniya tərəfi Rusiya Federasiyası ilə birgə layihə olan Spektr-RG kosmik rəsədxanasında teleskopunu söndürəcəyi barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Roskosmos”un baş direktoru Dmitri Roqozin “Soloviev Live” YouTube kanalının efirində bildirib.
O xatırladıb ki, 2019-cu ilin iyulunda Rusiya-Almaniya rəsədxanası Spektr-RG fəaliyyətə başlayıb. “Alman tərəfdaşlarına özlərinin işlətdiyi bu iki teleskopdan birini söndürmək tapşırılıb”, – Roqozin bildirib.
Roskosmos rəhbərinin sözlərinə görə, Almaniyadan olan texniki mütəxəssislər çox narahatdırlar, çünki onlar üçün bu, peşəkar kredolarına zərbədir.
Roqozin bir qədər əvvəl bildirmişdi ki, ABŞ-ın sanksiyaları səbəbindən Spektr-RG rəsədxanasına oxşar birgə layihələr mümkün deyil.
Rəsmiyyə Şərifova,
KONKRET.az
