Almatıda bir gündə 1700 nəfər saxlanıldı – Xeyli silah-sursat götürüldübackend

Almatıda bir gündə 1700 nəfər saxlanıldı – Xeyli silah-sursat götürüldü

Qazaxıstanın Almatı şəhərində gün ərzində 1678 aksiya iştirakçısı və talançı saxlanılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şəhər komendaturasının məlumat mərkəzi bildirib:

“Ümumilikdə, qanunsuz əməllərin, talanların və digər cinayətlərin iştirakçısı olan 1678 nəfər saxlanılıb. 36 ədəd odlu silah və 1476 ədəd döyüş sursatı götürülüb” – deyə məlumatda qeyd olunub.

Eyni zamanda şəhərin müxtəlif ərazilərində quraşdırılmış 5 nəzarət-buraxılış məntəqəsində iğtişaşlara cəhd göstərməyə çalışan 38 nəfər saxlanılıb. Vətəndaşlar tərəfindən komendaturanın çağrı mərkəzinə operativ reaksiya tələb olunan 136 siqnal göndərilib, “102” idarəetmə pultuna isə 881 məlumat daxil olub.

Xatırladaq ki, yanvarın 19-dək bütün respublikada fövqəladə vəziyyət rejimi qüvvədədir, hakimiyyət meydanları aksiya iştirakçılarından təmizləyir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*