Altı aydır böyüyən təhlükə: “Torpaq sürüşməsi dayanmır, divar tikilmir” – FOTObackend

Altı aydır böyüyən təhlükə: "Torpaq sürüşməsi dayanmır, divar tikilmir" - FOTO

Aprelin 11-də Bakının Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən yaşayış binasının həyətyanı sahəsinin yamac hissəsində torpaq sürüşməsi baş verib. İntensiv yağışlar nəticəsində yaranan sürüşmə zamanı torpaq kütləsi aşağıya doğru hərəkət edib və bir neçə avtomobil torpaq altında qalıb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, hadisədən sonra əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Xətai Rayon İcra Hakimiyyəti ərazidə istinad divarlarının tikilməsi ilə bağlı qərar verildiyini və yaxın zamanda işlərə başlanılacağını açıqlayıb. Fövqəladə Hallar Nazirliyi isə zəruri sənədləşdirmə işlərinin aparıldığını, istinad divarının tikinti layihəsinin hazırlandığını və layihənin icrasına yaxın zamanda başlanılmasının nəzərdə tutulduğunu bildirib.

Lakin həmin ünvanda yaşayan sakinlər bildiriblər ki, aprelin 11-dən etibarən ərazidə heç bir iş aparılmayıb və sürüşmə sahəsi hasarlanmayıb.

Onların sözlərinə görə, avqustun 3-də istinad divarının tikintisinə tezliklə başlanılacağı bildirilsə də, indiyədək ərazidə heç bir iş görülməyib:

“Torpaq hər gün tökülür və sürüşmə sahəsi getdikcə genişlənir. Aidiyyəti qurumların planlaşdırılan işlərin nə vaxt həyata keçiriləcəyi ilə bağlı məlumat verməsini və problemin həlli istiqamətində tədbir görülməsini xahiş edirik”.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Altı aydır böyüyən təhlükə: Torpaq sürüşməsi dayanmır, divar tikilmir - Foto

Altı aydır böyüyən təhlükə: Torpaq sürüşməsi dayanmır, divar tikilmir - Foto

Altı aydır böyüyən təhlükə: Torpaq sürüşməsi dayanmır, divar tikilmir - Foto

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*