AMEA da Ramiz Mehdiyevi “vurdu”backend

AMEA da Ramiz Mehdiyevi "vurdu"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun direktoru, sabiq deputat Aytən Mustafazadə toy qalmaqalına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, o, münasibət bildirsə də, AMEA-nın prezidenti Ramiz Mehdiyevin adını çəkməyib.

Sabiq deputat belə deyib:

“Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Koronavirusla mübarizə ümummilli məsələdir, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz”.

Qeyd edək ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin qız nəvəsinə toy etməsi siyasi skandala səbəb olub. Əvvəlcə onun kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası qandallanaraq həbs olunub. Sonra isə toyda iştirak edən vəzifəli şəxslər cərimələnib. Deputat Siyavuş Novruzov isə YAP-dan istefa verib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*