Amerikanın himayəsi altında Rusiyaya qarşı çıxan Simonyan Moskvaya GEDİRbackend

Amerikanın himayəsi altında Rusiyaya qarşı çıxan Simonyan Moskvaya GEDİR

Ermənistan parlamentinin sədri Moskvaya gedəcək.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasına respublika parlamentinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan parlamentinin Qərbyönümlü spikeri Alen Simonyan Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodindən rəsmi dəvət alıb.

“Rusiya Federasiyasının Dövlət Duması ilə Ermənistan parlamenti arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə sizi Rusiya Federasiyasına rəsmi səfərə dəvət edirəm”, – dəvətdə deyilir.

Oktyabrın 9-da Amerikanın himayədarlığı altında Rusiyaya qarşı çıxışlar edən Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Moskvaya yola düşəcək.

Məlumata görə, səfər 3 gün çəkəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*