Tərtərdə ana və oğlu dəm qazından zəhərlənib.
KONKRET.az xəbər verir ki, Tərtər rayon sakinləri 1973-cü il təvəllüdlü Müşviq Əsəd oğlu Əzimov və anası – 1955-ci il təvəllüdlü Sahibə Salman qızı Əzimova yaşadıqları Famil Qulami küçəsi döngə 1, ev 7 ünvanında sobadan sızan dəm qazından zəhərlənib.
Hadisə nəticəsində Müşviq Əzimov ölüb, Sahibə Əzimovanın isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
