ANAMA əməkdaşı Cəbrayılda minaya düşdü – YENİLƏNİBbackend

ANAMA əməkdaşı Cəbrayılda minaya düşdü - YENİLƏNİB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Cəbrayılda minaya düşən əməkdaşının vəziyyəti barədə məlumat yayıb.

ANAMA mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, iyunun 17-də Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Nəticədə, Vəliyev Ruhin Sultan oğlu rayon xəstəxanasına yerləşdirilib, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. Hazırda vəziyyəti stabildir.

Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

10:24

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.

Bu barədə KONKRET.az-a agentlikdən bildirilib.

Hadisə iyunun 17-də işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində qeydə alınıb. ANAMA əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

“Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək”, – ANAMA-dan bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*