Andrey Kazakeviç: “Qarabağ Azərbaycan ərazisidir, Ermənistana isə heç kim hücum etməyib”backend

Andrey Kazakeviç: “Qarabağ Azərbaycan ərazisidir, Ermənistana isə heç kim hücum etməyib”

“Belarusun Ermənistanda nə iqtisadi, nə də siyasi maraqları yoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri belaruslu politoloq, “Siyasi Sfera” Siyasi Araşdırmalar İnstitutunun direktoru, Böyük Vitovt Universitetinin (Litva) baş elmi əməkdaşı Andrey Kazakeviç Oxu.Az-a müsahibəsində bildirib.

O qeyd edib ki, bundan əlavə, KTMT-dəki öhdəliklər yalnız təşkilat üzvünə üçüncü bir ölkədən hücum aktının olduğu hallarla əlaqəlidir:

“Məsələn, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulubsa, akt həyata keçirilmiş sayılır. Amma söhbət Qarabağdan gedirsə, bura Azərbaycan ərazisidir və heç kim Ermənistana hücum etməyib. Bütün dünya ölkələri kimi Belarus da Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır”.

“Amma bütövlükdə KTMT əlbəttə ki, amorf strukturdur. O, təhlükəsizlik məsələlərində ortaq bir mövqe ortaya qoya biləcək əlaqəli təşkilat deyil, situativ bir ittifaqdır”, – deyə politoloq əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*