Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin ilhaq edilmiş hissəsində iki körpünü məhv edib.
KONKRET.az report-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Teleqram kanalında məlumat yayıb.
Söhbət xüsusilə Rusiyanın Kursk vilayətinin Zvannoye kəndi yaxınlığında Seym çayı üzərindəki avtomobil körpüsündən və Ukraynanın Zaporojye vilayətində Moloçnaya çayı üzərindəki dəmir yolu körpüsündən gedir.
Ukrayna tərəfinin məlumatına görə, hər iki obyekt Rusiya qoşunları tərəfindən hərbi logistika, qüvvə və vasitələrin daşınması üçün istifadə olunurdu.
