Almaniyanın müdafiə naziri Boris Pistorius təsadüfən “RCH-155” özüyeriyən artilleriya qurğularının Kiyevə verilməsi ilə bağlı məxfi məlumatları açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
“Almaniya hakimiyyəti hələlik bu cür döyüş sistemlərinin Ukraynaya verilməsini rəsmi olaraq təsdiqləməyib. Yalnız Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin Almaniyada onların istifadəsi üzrə təlim keçdiyi məlum idi”, – nəşr bildirib.
