Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının Ukraynaya ayırmağı planlaşdırdığı 45 milyard avro məbləğində yeni krediti “hədiyyə” adlandırıb.
KONKRET.az-ın xəbərinə görə, o bildirib ki, Avropa İttifaqı Ukraynadakı müharibəyə dəstək məqsədilə beynəlxalq maliyyə bazarlarından 45 milyard avro borc götürmək və bütün borc üzrə zamin olmaq istəyir.
“Avropa İttifaqı yaxşı bilir ki, Ukrayna bu borcun bir sentini belə geri qaytarmayacaq. Eyni vəziyyət əvvəlki 90 milyard avro ilə bağlı da yaşanacaq. Gəlin, həqiqəti deyək: bunlar kredit deyil, hədiyyədir”, – deyə Fiko bildirib.
Slovakiya hökumətinin başçısı maliyyə vəsaitinin ayrılması məsələsini Aİ-nin 2028–2034-cü illər üzrə büdcəsi ilə əlaqələndirmək cəhdlərinə görə Brüsseli də tənqid edib.
