Finlandiya prezidenti dron hücumuna görə müttəfiqləri hərəkətə keçirdibackend

Finlandiya prezidenti dron hücumuna görə müttəfiqləri hərəkətə keçirdi

Finlandiya Prezidenti Aleksandr Stubb neytral sularda Rusiyaya məxsus “Sparta II” yük gəmisinə dronlarla hücumu ciddi insident adlandırıb.

KONKRET.az xəbər verir ki, dövlət başçısı bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Stubb bildirib ki, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Finlandiya rəhbərliyi, Müdafiə Qüvvələri və Sərhəd Mühafizəsi Xidməti ilə sıx təmasdadır. O, həmçinin baş verən insident barədə əsas beynəlxalq tərəfdaşları və müttəfiqləri məlumatlandırdığını qeyd edib.

Prezident Finlandiyanın müvafiq qurumlarının təmkinli və əlaqələndirilmiş fəaliyyətini yüksək qiymətləndirib, ölkənin təhlükəsizliyinin təmin olunacağını vurğulayıb.

Qeyd edək ki, noyabrın 21-də səhər saatlarında Sankt-Peterburqdan Kalininqrada boya və lak materialları daşıyan “Sparta II” quru yük gəmisinə iki dronla hücum edilib. Hadisə Rusiyanın dəniz sərhədindən üç dəniz mili məsafədə, Finlandiya körfəzinin neytral sularında baş verib.

Zərbə nəticəsində gəmidə yanğın başlayıb və gəmi müvəqqəti olaraq hərəkət qabiliyyətini itirərək Finlandiya suları istiqamətində sürüklənməyə başlayıb.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sonradan verdiyi məlumata görə, hadisə yerinə Rusiyanın xilasetmə gəmisi yaxınlaşıb. Ekipajın təxliyəsinə ehtiyac yaranmayıb. Vəziyyət nəzarət altındadır və gəminin heyəti marşrut üzrə hərəkəti davam etdirməyə hazırlaşır.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*