15 yaşlı oğlan “TikTok”da canlı yayım açan bacısını bıçaqladıbackend

15 yaşlı oğlan “TikTok”da canlı yayım açan bacısını bıçaqladı

Yevlaxda 25 yaşlı bacısı Sərvinaz Cabbarzadəni bıçaqlayan 2011-ci il təvəllüdlü Cabbar Cabbarzadənin (ad-soyadlar şərtidir) məhkəmə prosesi başa çatıb.

KONKRET.az Xitab24.az-a istinadən xəbər verir ki, hadisə Sərvinazın “TikTok”dan istifadə etməsi səbəbindən baş verib.

Belə ki, yeniyetmə bacısına sözügedən sosial şəbəkədə öz şəkillərini paylaşmasını, canlı yayım açmasını irad bildirib. Sərvinaz isə bunun öz şəxsi işi olduğunu bildirərək, irada etirazla cavab verib.

Bu mübahisənin davamında Cabbar mətbəxdən götürdüyü soyuq silahla bacısının kürəyindən iki bıçaq zərbəsi vurub və onun sağlamlığına ağır zərər yetirib.

Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökə əsasən, C.Cabbarzadə 3 il müddətinə azadlıqdan məhrum edilib. Ona iki il sınaq müddəti təyin edilməklə cəzası şərti hesab olunub.

Məhkəmə kollegiyası bu hökmü verərkən cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, cinayət əməli törədilərkən təqsirləndirilən şəxsin 15 yaşının olmasını, onun hadisə vaxtı düşdüyü psixi vəziyyəti nəzərə alıb.

Qeyd edək ki, qardaşı tərəfindən bıçaqlanan Səvinaz Cabbarzadə evli olub. Onun əri ilə yanaşı, iki qardaşı və atası həbsdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*