Türkiyənin Ankara şəhərinin Polatlı bölgəsində yük qatarı dəmir yolu keçidini keçmək istəyən avtomobilə çırpılıb.
KONKRET.az “Haber Global”a istinadən xəbər verir ki, toqquşmadan sonra avtomobil 300 metr məsafəyə qədər sürüklənib.
İlkin məlumata görə, avtomobildə olan 3 nəfərdən 1-i dünyasını dəyişib, 2 nəfər isə yaralanıb.
