Antaliyada Çavuşoğlu-Lavrov görüşü BAŞ TUTACAQbackend

Antaliyada Çavuşoğlu-Lavrov görüşü BAŞ TUTACAQ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov  türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Antaliyada görüşəcək.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

S.Lavrov martın 11-13-də Antalyada keçiriləcək diplomatiya forumunda iştirak edəcək. O, tədbir çərçivəsində Türkiyənin XİN başçısı ilə görüşəcək.

Eyni zamanda, Antalyada Astana formatının qarantı olan dövlətlərin xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Xatırladaq ki, Astana formatı Suriyadakı vəziyyətin həllini nəzərdə tutur. Türkiyə, Rusiya və İran Suriyadakı vəziyyətə zəmanətçi ölkələrdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*