Azərbaycanda bu internetin aylığı 2 min manat olacaqbackend

Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tarifləri təsdiqlənib.

KONKRET.az trend-ə istinadla xəbər verir ki, bununla bağlı Xidmətin Kollegiyası qərar qəbul edib.

Qərarla internet, “Tetra” xüsusi radiorabitə, xüsusi rabitə, “AzStateNet” fiber-optik şəbəkəsindən istifadə və digər xidmətlərin, həmçinin qeyri-büdcə təşkilatları üçün korrespondensiyaların çatdırılması tarifləri müəyyənləşdirilib.

İnternet xidmətləri üzrə kanal tutumundan asılı olaraq hər 1 Mb/s üçün aylıq tarif 10–16 manat təşkil edir. “Tetra” xüsusi radiorabitə sisteminə qoşulma haqqı isə 80 manat müəyyən edilib.

“AzStateNet” şəbəkəsində aylıq qoşulma tarifləri 100 Mb/s sürətli Ethernet port üçün 300 manat, 1000 Mb/s üçün 600 manat, 10000 Mb/s üçün 2000 manatdır.

Tariflər ƏDV-siz göstərilib.

Qərar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*