Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcəkbackend

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçün müraciət edə biləcəyi ilə bağlı açıqlaması İrəvanın xarici siyasət kursunda Qərbə doğru meyillənmənin davam etdiyini göstərir. Bu proses fonunda Ermənistan-Rusiya münasibətlərində gərginliyin artması, eləcə də Cənubi Qafqazda qüvvələr balansının gələcək taleyi ilə bağlı suallar yaranır.

Bəs Ermənistanın Avropaya inteqrasiya cəhdləri yaxın perspektivdə regionda hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Ermənistanın 2027–2028-ci illərdə Avropa İttifaqına üzvlük üçün müraciət etmək niyyəti həm Moskvada, həm də Bakıda diqqətlə izlənilir və Rusiyanı ciddi şəkildə narahat edir.

Oqtay Qasımov: "Ukraynanın təhlükəsizlik zəmanətləri: ABŞ və Avropa ölkələri üzərində təzyiq artır" – ŞƏRH - VİDEO - Primeinfo.az

“Hazırda Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərginliyin əsas səbəblərindən biri də İrəvanın Qərbə inteqrasiya siyasətini gücləndirməsidir.

Avropa İttifaqına üzvlük uzunmüddətli və mürəkkəb prosesdir. Bu baxımdan, üzvlük üçün müraciət etmək niyyəti ilə təşkilata faktiki qəbul olunmaq tamamilə fərqli məsələlərdir. Ona görə də yaxın perspektivdə Ermənistanın bu istiqamətdə atacağı addımların Cənubi Qafqazda qüvvələr balansını kəskin şəkildə dəyişəcəyini gözləmək doğru olmaz.

Son dörd ildə regionda Qərblə Rusiya arasında geosiyasi rəqabət daha da güclənib. 44 günlük müharibədən sonra Rusiyanın Cənubi Qafqazdakı mövqeləri xeyli zəifləyib, bunun fonunda Qərbin təsir imkanları artıb. Paşinyanın Rusiyadan uzaqlaşmağa yönələn siyasəti də bu prosesə təsir göstərən amillərdəndir”.

Ekspert hesab edir ki, Ermənistanın Rusiyadan asılılığını tam aradan qaldırması üçün hələ bir sıra mühüm addımlar atılmalıdır.

Bu istiqamətdə əsas məsələlərdən biri TRACECA layihəsi çərçivəsində

O, bildirib ki, Ermənistanın Moskva ilə iqtisadi əlaqələri və enerji asılılığı hələ də kifayət qədər yüksək səviyyədədir. Xüsusilə təbii qaz tədarükündə Rusiyanın mühüm paya malik olması İrəvanın alternativ mənbələr axtarmasını zəruri edir. Bu asılılığın aradan qaldırılması və iqtisadi əlaqələrin şaxələndirilməsi isə müəyyən zaman tələb edir.

Siyasi şərhçinin qənaətinə görə, Ermənistanın Avropa İttifaqına üzvlük üçün müraciət etməsi baş tutarsa, Moskva ilə münasibətlərdə gərginlik daha da artacaq. Bununla belə, həmin addımın qısa müddətdə regionda ciddi geosiyasi dəyişikliklərə səbəb olması gözlənilmir.

O.Qasımov əlavə edib ki, proseslərin inkişafı ilə Cənubi Qafqazda qlobal güclər arasında rəqabət müəyyən qədər kəskinləşə bilər. Lakin qüvvələr balansının dəyişməsi birdən-birə deyil, mərhələli şəkildə baş verəcək.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*