Antiterror əməliyyatına doğru ilk addım: “Proses Qarabağ və Göycə-Zəngəzurda davam edəcək”backend

Antiterror əməliyyatına doğru ilk addım: "Proses Qarabağ və Göycə-Zəngəzurda davam edəcək"

Ordumuzun Qarabağda həyata keçirdiyi son əməliyyatın nəticələri erməniləri sözün əsl mənasında təşvişə salıb. Belə ki, Azərbaycan Silahlı Qüvvələri Quyruqyal adlanan strateji yüksəkliyə nəzarəti bərpa etməklə separatçılar çıxılmaz vəziyyətə salıb. Artıq onların tikinti işləri apardığı torpaq yolu nəzarətdə saxlamaqla Qarabağdakı separatçılara gizli şəkildə silah-sursat göndərilməsinin qarşısını tam şəkildə ala biləcəyik. Bəs görəsən, bu, bizə hansı üstünlükləri qazandıracaq? Artıq bu yolun və Laçın dəhlizinin bağlı saxlanması erməniləri tam təslim olmağa məcbur edə biləcəkmi? 

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Azərbaycan ordusunun bu əməliyyatından sonra Ermənistanı qondarma “Artsax”la əlaqələndirən yol bağlandı. Yəni ermənilərin özləri də məsələyə bu cür qiymət verdilər: “Doğrudur, İrəvandan hələlik rəsmi açıqlama yoxdur və Paşinyan susmağa üstünlük verir. Amma sosial şəbəkələrdən də “hay”ların ermənisayağı şüvənlik etdiklərini görmək mümkündür. Hesab edirəm ki, bu, antiterror əməliyyatına doğru atılan ilk addımdır və proses davam etdirilməlidir. Çünki bu il ərzində istər Qarabağ, istərsə də Göycə-Zəngəzur istiqamətində Azərbaycan ordusunun aqressoru (separatçıları) yerində otuzdurmasını və onları sülhə təhrik etməsini gözləyirəm. Fikrimcə, Azərbaycan tərəfi bu yaxınlarda növbəti antiterror əməliyyatları həyata keçirmək istiqamətində addımlar atacaq. Hazırda biz təəssüf ki, beynəlxalq masada geridəyik. Avropa Birliyi, Rusiya və İran guya Azərbaycanın erməniləri blokadada saxladığını və razılaşmanı pozduğunu iddia edir. Hərçənd bu, BMT tərəfindən tanınan Azərbaycan ərazisidir. Amma rəsmi Bakıya öz əraziləri üzərində suverenliyini tam bərpa etməyə imkan vermirlər”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Politoloqun sözlərinə görə, vaxt itirmədən bu il ərzində Azərbaycanın ərazi bütövlüyü məsələsini tam şəkildə həll etmək lazımdır: Çünki sonra gec ola bilər. Növbəti “Status-Kvo”nun yaranması, ermənilərin güclənməsi və gələcəkdə revanş abu-havasına girməsi mümkündür. Hazırda Ermənistan Rusiya, Hindistan və İran tərəfindən sürətlə silahlandırılır. İrəvanın ABŞ və Fransa kimi siyasi dəstəkçiləri var. Bütün bunları nəzərə almaq və vəziyyəti qısa müddətdə öz xeyirimizə çevirmək lazımdır. Əgər bu məsələlər tez bir zamanda həll edilmsə, gələcəkdə bizim üçün ciddi problemlər yarana bilər. Ona görə də, bu il ərzində ərazi bütövlüyümüzü təmin etməli və rusiyalı sülhməramlıların nəzarət etdiyi torpaqları tam şəkildə nəzarətə götürməliyik”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*