Antonov: “ABŞ ərzaq böhranında Rusiyanı günahlandıraraq vəziyyəti qəsdən dəyişir”backend

Antonov: "ABŞ ərzaq böhranında Rusiyanı günahlandıraraq vəziyyəti qəsdən dəyişir"

ABŞ ərzaq böhranının Rusiyanın Qara və Azov dənizlərindəki hərəkətlərindən qaynaqlandığını iddia edərək vəziyyəti qəsdən dəyişir.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov medianın sualını cavablandırarkən deyib:

“Kiyev hakimiyyəti limanları minalayır, gəmilərin digər dövlətlərə ərzaq və digər mallar çatdırmasına mane olur. Eyni zamanda, humanitar dəhlizlərin açılmasını koordinasiya etmək cəhdlərimizə məhəl qoyulmur”.

Rusiyalı diplomat vurğulayıb ki, “Vaşinqton xarici iqtisadi səhvlərə görə məsuliyyət daşımaqdan inadla imtina edir”.

Antonov qeyd edib ki, “Moskva beynəlxalq ərzaq bazarlarındakı mövcud vəziyyətdən dərin narahatdır və kənd təsərrüfatı məhsulları, gübrələrlə bağlı beynəlxalq ixrac müqavilələri üzrə öhdəliklərini vicdanla yerinə yetirməkdə davam edəcək”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında vurğulayıb ki,  Rusiyanın keçirdiyi əməliyyatlar heç bir şəkildə dünyada ərzaq probleminə təsir etmir.

Həmçinin Lavrov bildirib ki, Qərbdən gələn məhdudiyyətlər uzun illər mövcud olan rahat nəqliyyat və logistika zəncirlərini məhv edib. Kiyev hakimiyyəti öz limanlarından ərzaq məhsulları daşıyan onlarla gəmini buraxmır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*