Avropa Parlamentinin Litvadan olan deputatı Pyatras Auştryaviçius Rusiyanın Apple əlavələrində Krımın Rusiya ərazisi kimi müəyyənləşdirilməsini qəbuledilməz hesab edir.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Litva parlamentarisinin Avropa Komissiyasına göndərdiyi sorğuya istinad edərək RT yayıb.
Söhbət “hava” və “xəritələr” kimi tətbiqlərdən gedir.
Deputatın fikrincə, şirkətin bu addımı “qəbuledilməzdir və qeyri-demokratik rejimlərə malik digər ölkələrdə təkrarlanma ilə nəticələnə bilər”.
Əvvəllər Apple Krımı Rusiyanın toprpağı kimi tanıyıb. Bundan əvvəl, Google da görüntü səhvini düzəldib. İndi Rusiyada istifadəçilər google xəritələrində yarımada Rusiya ərazisi kimi göstərilir.
2014-cü ilin mart ayında Krımda referendum keçirilib və nəticədə yarımada Rusiyanın ərazi hissəsi, Sevastopol isə federal əhəmiyyətli bir şəhər olub.
Babək Göyüş
KONKRET.az
