Aprel döyüşlərində həlak olan erməni əsgərlərin qohumları Şuşaya toplaşdı – SƏBƏB – FOTObackend

Aprel döyüşlərində həlak olan erməni əsgərlərin qohumları Şuşaya toplaşdı - SƏBƏB - FOTO

Konkret.az xəbər verir ki, aprel döyüşlərində həlak olan onlarla əsgərin yaxınları Azərbaycanın qədim şəhəri olan Şuşa şəhərinə gəlib. Bu gün Müqəddəs Xilaskar Kilsəsində Aprel döyüşlərində ölən erməni əsgərlərinin yaxınlarının vəftiz (xaç suyuna salınma) mərasimi keçirilib. Mərasimə bütün media orqanları dəvət edilib. Qondarma “dqr”-in rəhbəri Bako Saakyan da mərasimdə iştirak edib. Tədbirdə Dördgünlük Aprel Savaşında ölən əsgərlərin sayı ilə bağlı açıqlamaların qarşısı cidd-cəhdlə alınıb. Ümumiyyətlə, mərasimdə heç bir çıxış olmayıb. Qeyd edək ki, vəftiz  xristianlıqda ən müqəddəs ayinlərdən biri sayılır. Bu, imanlılar cəmiyyətinə (kilsəyə) daxil olma mərasimi anlamına gəlir.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*