Arayik İSTİSNA ETDİ: “Azərbaycana inteqrasiya ola bilməz!”backend

Arayik İSTİSNA ETDİ: "Azərbaycana inteqrasiya ola bilməz!"

“Azərbaycanla istənilən inteqrasiya prosesi istisnadır”. 

KONKRET.az xəbər verir ki, bunu martın 1-də Qarabağdakı separatçıların lideri Arayik Arutyunyan deyib.

Arutyunyan bu gün Xankəndidə “iclas” keçirib.

“Son 80 gün ərzində Qarabağ xalqı hər gün onlara qalib gəlmək üçün böyük bir iradə və əzm nümayiş etdirir.

Bizə tətbiq olunan təzyiqlərdən asılı olmayaraq, müstəqillik yolundan geri addım atmayacağıq.

Mən bütün məsuliyyətimlə bəyan etmək istəyirəm ki, Azərbaycanla istənilən inteqrasiya prosesi istisnadır. Lakin bu o demək deyil ki, biz infrastruktur və humanitar xarakterli problemlərin həlli üçün təmaslardan qaçacağıq.

Münaqişənin həlli üzrə danışıqlar üçün müəyyən şərtlərin və beynəlxalq formatın təmin edilməsi lazımdır”, – Arutyunyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*