“ARB”-dəki qalmaqala rəsmi qurumdan AÇIQLAMAbackend

“ARB”-dəki qalmaqala rəsmi qurumdan AÇIQLAMA

Son həftələr “ARB” televiziyasında yayımlanan “Günü bu gün” verilişində müzakirə olunan məsələlər, gərginlik həm mətbuatda, həm də sosial şəbəkələrdə “gündəm mövzusu”na çevrilib.

KONKRET.az xəbər verir ki, proqramda gah “kişi evə gələndə arvadından iy gəlir”, gah ” toydan əvvəl cütlüklər yaxınlıq yaşamalıdırmı?” kimi mövzuların müzakirə edilməsi sərt şəkildə tənqid edilir. Xüsusilə sosial şəbəkə istifadəçiləri efirdə bu cür məsələlərin müzakirə edilməsini biabırçılıq adlandırır, bu tip müzakirələrin mentalitetimizə adət-ənənəmizə yaraşmadığını qeyd edir və Audiovizual Şuranı fəaliyyətsizlikdə ittiham edirlər.

Həqiqətənmi Şuranın monitorinq qrupu efirlərə nəzarət etmir?

Yenisabah.az mövzu barədə sözügedən quruma sorğu ünvanlayıb. Audiovizual Şuranın saytımıza verdiyi açıqlamada bildirilir ki, şura qeyd olunan proqramın monitorinqini həyata keçirib:

“Audiovizual Şura yayım zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə ümumölkə televiziya kanallarını mütəmadi olaraq, digər televiziya və radio kanallarını isə şikayət əsasında monitorinq edir. Qanunvericiliyin pozulması halı təsbit olunduqda həmin yayımçıya xəbərdarlıq oluna, yayım dayandırıla və ya yayımçıya inzibati tənbeh tədbiri (cərimə sanksiyası ilə bağlı protokolun tərtib olunaraq məhəkəməyə göndərilməsi) tətbiq oluna bilər”.

Qurumun verdiyi açıqlamada qeyd olunur ki, sözügedən məsələ hüquqi qanun pozuntusu olmasa da, aparıcının qeyri-peşəkarlığı aydın görünür:

“Həmin proqramın yayımı zamanı hər hansı bir qanunvericilik tələbinin pozulması halı təsbit olunmamışdır. Təbii ki, müzakirələrə səbəb olan ifadələrin istifadə olunması qanun pozuntusu olmasa da, həmin aparıcının peşəkarlığının nə dərəcədə olmasının göstəricisidir. Mövzunun qoyulması, müzakirələrin təşkili və istiqamətləndirilməsi, dəvət olunan qonaqlar və onların fikrini açıqlamasına şəraitin yaradılması kimi faktorların hamısı proqramın apasıcısının peşəkarlığının göstəricisi kimi ortaya çıxır. Həmin proqramda da mövzunun belə açıqlığı ilə təsvir olunmasına şəraitin yaradılması əslində aparıcının kifayət qədər peşəkar olmayıb, bəzi mövzularda lazımi həssaslığı göstərməməsi ilə əlaqədardır. Audiovizual Şura bu halda yalnız yayımçıya müvafiq tövsiyələr verə bilər ki, bu da mütəmadi olaraq həyata keçirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*